Gəncədə psixoloji təlim baş tutacaq. Bu haqda 10 may tarixində Gənclər Evinə istinadən məlumat veririk.
Tədbir Psixologiya kursu tərəfindən təşkil olunacaq. “Təkamül psixologiyasına giriş” (“An Introduction to Evolutionary psychology”) adlı ingilis dilində təlim 12 may tarixində saat 15:00-da olacaq. Seminarı kursun könüllüsü Rəhim Allahverdiyev aparacaq. Tədbir Gənclər Evində keçiriləcək.
Təlimdə iştirak ödənişsizdir. Qatılmaq üçün (050) 221 71 31 nömrəsinə WhatsApp-dan yazaraq qeydiyyatdan keçmək lazımdır.