16.9 C
Gence
16.9 C
Gence

İngilis dili kursuna yazılmaq istəyənlərin nəzərinə

Gəncədə ingilis dili kursuna yenidən qeydiyyat aparılır. Bu haqda 28 aprel tarixində Gəncə Gənclər Evinə istinadən məlumat veririk.

Gənclər Elementary səviyyəsi üzrə ödənişsiz danışıq kursuna qatıla bilərlər. Dərslər həftənin I, III və V günləri səhər saat 10:00-da 11:30-dək Hüseynxan Hacızadə tərəfindən keçiriləcək.

Qatılmaq üçün qeyd olunan link vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Son müraciət tarixi 30 aprel saat 18:00-dır.

Əlavə məlumat əldə etmək istəyənlər (055) 350 31 41 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Ən Çox Oxunan