Gəncədə ödənişsiz ingilis dili kursuna qeydiyyat başlayıb. Bu haqda Gencexeber.az-a 5 iyul tarixində məlumat daxil olub.
Kurslar PROGRO Platforması tərəfindən təşkil olunur. Proqramın müddəti 6 aydır (5 sentyabr – 31 mart). Dərslər A-Level LTD şirkətinin müəllimləri tərəfindən tədris olunacaq. Məşğələlər 90 dəqiqə olmaqla həftədə 3 dəfə keçiriləcək. Bundan başqa, həftədə 1 dəfə danışıq klubu olacaq.
Proqramı uğurla başa vuranlara “İntermediate English” üzrə sertifikat veriləcək.
Qatılmaq istəyənlər qeyd olunan link vasitəsilə qeydiyyatdan keçməlidir. Burada motivasiya ilə bağlı sualı cavablandırmağın vacib olduğu vurğulanıb. Son müraciət tarixi 17 iyuldur.