Gəncədə ali təhsil müəssisələrinə ayrılan dövlət sifarişli plan yerlərinin sayı açıqlanıb. Bu haqda 11 avqust tarixində Azərforum-a istinadən məlumat veririk.
“Abituriyent” jurnalının IV nəşri satışa çıxarılıb. Buraxılışda plan yerlərinin sayı əks olunub. Jurnala əsasən, I ixtisas qrupu üzrə aşağıda qeyd olunan sayda məzun Gəncədə ödənişsiz oxuya biləcək:
- Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) – 815;
- Gəncə Dövlət Universiteti (GDU) – 280;
- Azərbaycan Texnologiya Universiteti (UTECA) – 500.