Gəncədə nazir vətəndaşları qəbul edib. Bu haqda 15 noyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər veririk.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov şəhər Baş Polis İdarəsində vətəndaş qəbulu keçirib. Nazir sakinlərin müraciətlərini dinləyib, problemlərinin həlli üçün tapşırıqlar verib. Qaldırılan məsələlərin əksəriyyəti yerində həllini tapıb.
Səfər çərçivəsində general-polkovnik şəhid olmuş hərbi qulluqçuların abidələrini ziyarət edib. O, həmçinin polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
Sonda Vilayət Eyvazov polis rəisləri ilə görüşərək vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlarını verib.