Gəncədə Birləşmiş Xəstəxananın direktorunun yubileyi qeyd olunub. Bu haqda 30 avqust tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
“Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin direktoru Nazim Əhmədov 65 illiyi münasibətilə təbrik edilib. Tədbirdə Niyazi Bayramov Nazim həkimin səhiyyə sahəsində olan xidmətlərinin əvəzsiz olduğunu vurğulayıb. Burada illərdir çiyin-çiyinə çalışan həmkarları və gənc həkimlər də Nazim Əhmədova təbriklərini çatdırıblar.
Sonda yubilyar Gəncə şəhərinin ictimai həyatında və səhiyyə sahəsindəki səmərəli fəaliyyətinə görə “Təşəkkürnamə” ilə təltif olunub.

