Bakıdan mütəxəssislər Gəncəyə səfər ediblər. Bu haqda 14 aprel tarixində “Birinci Addım”a istinadən məlumat veririk.
“Birinci addım” narkomaniya və alkoqolizmlə mübarizə mərkəzinin əməkdaşları Gəncə şəhər narkoloji dispanserinə baş çəkiblər. Burada onlar baş həkim, narkoloq Etibar Xəlilov və alkoqoldan əziyyət çəkənlərin detoksifikasiyasına cavabdeh olan həkim-narkoloq Kifayət Əliyeva ilə səmərəli söhbət keçiriblər.
Narkomaniya və onun müalicəsi, həyatdan təcrübə mübadiləsi aparılaraq bundan sonra sıx əməkdaşlıq haqqında razılığa gəlinib.