Gəncədə bir sıra tələbələr təltif olunublar. Bu haqda 1 aprel tarixində GDU-ya istinadən məlumat veririk.
Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin Psixologiya ixtisasının IV kurs tələbələrinin “Narınc” Psixologiya Mərkəzinin Gəncə filialında təcrübə proqramı başa çatıb.
Burada fəal iştirak edən universitet tələbələrinə Mərkəzin Gəncə filialında sertifikatlar təqdim edilib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb. Tədbirdə “Narınc” Psixologiya Mərkəzinin Gəncə filialının direktoru Himain Fəzizadə, Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, Pedaqoji fakültənin dekanı Zaur Hüseynzadə, dekan müavini İlqar Haqverdiyev, Psixologiya kafedrasının müdiri Zümrüd Cavadova, fənn müəllimləri Leyla Həsənova, Pərvanə Məmmədova və təcrübəçi tələbələr iştirak ediblər. Himain Fəzizadə gələcəkdə bir neçə fəal təcrübəçi tələbənin müəssisədə işlə təmin olunmasına köməklik göstərəcəyini bildirib.
Sonda təcrübəçi tələbələrlə xatirə şəkilləri çəkdirilib.