Gəncəni təmsil edən “Kəpəz” futbol klubu “Zirə-2”-i ilə görüşəcək.
Oyun Gəncə şəhər stadionunda dekabrın 1 saat 14:00-da keçiriləcək. Matç Azərbaycan Birinci Divizionunun 10-cu tur çərçivəsində baş tutacaq.
Ötən turda “Kəpəz” 4-1 hesabı ilə “Səbail-2” üzərində inamlı qələbə qazanmışdır. Xallarının sayını 16-ya yüksəldən “Kəpəz” turnir cədvəlində 3-cü yerdə qərarlaşıb. Gəncəlilərin məğlubiyyətsizlik seriyası davam edir.