13.6 C
Gence
13.5 C
Ganja

Nəzarətçi olmaq istəyənlər üçün imtahan təşkil olunub

Gəncədə bir sıra şəxslər imtahan veriblər. Bu haqda 16 noyabr tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.

Dövlət İmtahan Mərkəzinin Gəncə regional bölməsində nəzarətçi müəllim olmaq istəyənlər üçün imtahan keçirilib. İştirakçılara yeni qaydalara əməl edilməyin vacibliyi bildirilib, onlarla psixoloji söhbətlər aparılıb. Namizədlərə məntiqi təfəkkürü yoxlamaq üçün suallar təqdim edilib. Burada 30 sualdan 40 faizini düzgün cavablayanlar nəzarətçi statusu alıblar.

Ümumilikdə imtahanlarda iştirak üçün 195 nəfər qeydiyyatdan keçib. DİM-in Gəncə regional bölməsinin bazasında 1315 nəfərdən artıq nəzarətçi müəllim var. Bunlardan 650 nəfəri Gəncə təmsilçiləridir.

Ən Çox Oxunan