26.4 C
Gence
26.4 C
Gence

“Ən yaşıl sinif” müsabiqəsinin qalibi bəlli olub

Gəncədə məktəblər arasında yarış keçirilib. Bu haqda 3 may tarixində Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.

“Ən yaşıl sinif” müsabiqəsi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə baş tutub. Yarışın qalibi N.Rəfibəyli adına 43 nömrəli tam orta məktəb seçilib.

Məktəblilərin ekoloji biliklərinin artırılması, onlarda ətraf mühitin qorunması və təbii ehtiyatların istifadə sahəsində formalaşmış bacarıqların ölçülməsi məqsədilə həyata keçirilən müsabiqədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan bütün ümumtəhsil məktəbləri iştirak ediblər.

Qalib məktəb “100” Mükafatı, Təşəkkürnamə və hədiyyə ilə təltif olunacaq.

Ən Çox Oxunan