25.5 C
Gence
17.5 C
Ganja

Növbəti əmək yarmarkası təşkil olunacaq

Gəncədə əmək yarmarkası baş tutacaq. Bu haqda 25 avqust tarixində Dövlət Məşğulluq Agentliyinə istinadən məlumat veririk.

Tədbir agentliyin Gəncə-Daşkəsən Regional Məşğulluq filialının dəstəyi ilə keçiriləcək. “Baku Electronics” MMC-də satış məsləhətçisi, fəhlə və anbardar köməkçisi vakansiyaları üzrə işə qəbul olunmaq istəyən şəxslər 29 avqust tarixində saat 11:00-dan 16:00-dək təşkil ediləcək yarmarkaya qatıla bilərlər.

Namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Onların CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır. Əgər CV yoxdursa, Dövlət Məşğulluq Agentliyinin CV Yarat platformasından (www.cvyarat.az) yararlanmaq olar. Burada qeydiyyatdan keçməklə lazımi xanalara məlumatlarınızı əlavə edib, öz CV-nizi PDF formatında əldə edə bilərsiniz.

Qeyd edək ki, yarmarka Ü.Hacıbəyov küçəsi və Ş.İ.Xətai prospektinin kəsişməsində, Baku Electronics MMC-nin Gəncə filialının inzibati binasında təşkil olunacaq.