14.1 C
Gence
11.5 C
Ganja

Növbəti hüquqi aksiya təşkil olunub

Gəncədə daha bir aksiya baş tutub. Bu haqda 8 noyabr tarixində Vəkillər Kollegiyasına istinadən məlumat veririk.

Hüquqi aksiya “Heydər Əliyev İli” və Zəfər Günü münasibətilə təşkil olunub. Təşəbbüs 1 saylı Vəkil Bürosunda həyata keçirilib. Burada vəkillər vətəndaşlara hüquqi məsləhətlər verib, həmçinin müvafiq yazılı ərizələr tərtib ediblər.

Aksiyada müraciətlərin əksəriyyəti inzibati işlər, mülkiyyət hüququ, hüquqi faktın müəyyən olunması, pensiya təminatı, kredit mübahisəsi, mənzil təminatı və digər sosial məsələlərlə bağlı olub.

Ən Çox Oxunan