25.8 C
Gence
25.8 C
Gence

Növbəti “GƏNCƏSƏNƏT” yarmarkası baş tutub

Gəncədə müxtəlif əl işləri sərgilənib. Bu haqda Gencexeber.az-a 2 aprel tarixində məlumat daxil olub.

İncəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkası Autizm Məlumatlandırma Günü və Dünya Uşaq Kitab Gününə həsr olunub. Tədbir Urban Mərkəzi və Mərkəzi Qalereyada baş tutub. Burada müxtəlif əl işlərinin sərgisi və satışı həyata keçirilib. Tədbirdə icra başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk,  Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov və başqaları iştirak ediblər.

Yarmarkanın əsas məqsədi müxtəlif sənət növlərinin yaşadılması və inkişafı, yaradıcılıqla məşğul olan insanlar arasında inkişaf yönümlü dialoqun qurulması, sakinlərdə sənətkarlıq və incəsənətə marağın artırılmasıdır.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan