13.6 C
Gence
13.6 C
Gence

“N” saylı hərbi hissədə yoxlamalar baş tutub

Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi Gəncədə yoxlama keçirib. Bu haqda 11 noyabr tarixində Nazirliyə istinadən məlumat veririk.

Yoxlama tədbirləri zamanı hərbi hissənin fəaliyyətinin müvafiq normativ-hüquqi aktların tələbərinə uyğun təşkil edilməsinə nəzarət olunub. Həmçinin şəxsi heyətin döyüş hazırlığı və nizam-intizamı, xidmətin təşkili, sıra hazırlığı, geyim formasının düzgün daşınması, fiziki hazırlıq üzrə normativlərin yerinə yetirilməsi, zabit heyətinin komandir hazırlığı üzrə bilik səviyyələrinin artırılması, şəxsi heyətin nəzəri biliklərinin və praktiki bacarıqlarının artırılması diqqət mərkəzində olub.

Keçirilən dərslərin keyfiyyətlə aparılması, texnika və avadanlıqların hazır vəziyyətdə saxlanılması, növbətçilik sisteminin qurulması, tibbi təminat və mənəvi-psixoloji sahədə görülmüş işlər, xilasetmə işinin təşkili və fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və axtarış-xilasetmə işlərinin yerinə yetirilməsi, texniki təhlükəsizlik qaydalarına riayət olunması və bu kimi digər sahələrə də önəm verilib.

 

Ən Çox Oxunan