Gəncədə ali təhsil müəssisələrinə qəbul olunmuş məzunlarla görüş keçirilib. Bu haqda 3 sentyabr tarixində Regional Mədəniyyət İdarəsinə istinadən məlumat veririk.
İdarənin rəisi Vasif Cənnətov uşaq musiqi və incəsənət məktəblərinin müxtəlif ali təhsil müəsissələrinə qəbul olaraq tələbə adı qazanan məzunları ilə görüşüb. O, abituriyentləri təbrik edib, onlara uğur arzulayıb və maarifləndirici söhbət aparıb.
Sonda xatirə şəkli çəkdirilib.

