26.4 C
Gence
26.4 C
Gence

Musiqi məktəbinin şagirdləri təltif olunublar

Gəncədə şagirdlər təltif ediliblər. Bu haqda 1 may tarixində Regional Mədəniyyət İdarəsinə istinadən məlumat veririk.

Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan müsabiqə keçirilib. Yarış ali, ümumtəhsil və orta ixtisas təhsil müəssisələri, musiqi məktəblərinin şagird və tələbələri üçün nəzərdə tutulub.

Gənc ifaçıların IV Respublika Müsabiqəsində Gəncə şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri Aytac Məmmədova, İslam Orucov, Nərmin Babayeva, Nurgül Əliyeva, Səadət Bəşirli uğurla çıxış ediblər və fəxri fərmanlarla təltif olunublar.

Ən Çox Oxunan