Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəb direktorları seminarda iştirak ediblər. Bu haqda 20 aprel tarixində Gəncəxəbər.az Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə istinadən xəbər verir.
“Dərs dinləmənin təşkili və onun müzakirəsi” adlı seminarda Tədrisin keyfiyyəti sektorunun müdiri Sevinc Quliyeva çıxış edərək təhsilverənlərin təkmilləşməsi üçün belə təlim və seminarların mütəmadi keçiriləcəyini vurğulayıb.
Seminarda Gəncə şəhər Ş.İ.Xətai adına 13 nömrəli tam orta məktəbin direktoru Gülnar Hüseynova mövzu ilə bağlı təqdimatla çıxış edib.
Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.