18.6 C
Gence
18.6 C
Gence

“Ümumbəşər sosial bəla” mövzusunda tədbir baş tutub

Gəncədə insan alveri ilə bağlı tədbir keçirilib. Bu haqda 14 aprel tarixində Heydər Əliyev mərkəzinə istinadən məlumat veririk.

29 nömrəli orta məktəbin təşkilatçısı Vüsalə Məmmədovanın təşəbbüsü ilə müəllim Sürəyya Məmmədova və 8-ci sinif şagirdləri Heydər Əliyev Mərkəzində “Ümumbəşər sosial bəla” mövzusunda keçirilən görüşdə iştirak ediblər. Tədbirdə çıxış edən mərkəzin direktor əvəzi İlknur İsgəndərova, işçiləri Gülər Ellazova və Günel Əliyeva, Ombudsmanın Qərb Regional Mərkəzinin baş məsləhətçisi Emil Şəmmədli, Vüsalə Məmmədova şagirdlərə insan alverinin qurbanına çevrilməmələri üçün daha çox elmli, bilikli olmalarının zəruriliyini bildiriblər.

Görüşü keçirməkdə əsas məqsəd şagirdləri mövzu ilə əlaqədar daha çox məlumatlandırmaq olub.

Ən Çox Oxunan