Bu gün azərbaycanlı aktyor, vokal ifaçısı Mobil Əhmədovun doğum günüdür.
Bu münasibətlə onun xatirəsinə “Ustadımın yolu ilə” adlı film-konsert hazırlanıb. Film əməkdar artistin tələbəsi Ramil Qasımovun ideyası əsasında təşkil olunub. Konsert 10 sentyabr tarixində Mədəniyyət, ARB və Xəzər telekanallarında nümayiş olunacaq.
Azərbaycan Respublikasının xalq artisti Mobil Əhmədov 10 sentyabr 1931-ci ildə Gəncədə anadan olub. Bu gün onun 90 yaşı tamam olur.
O, Azərbaycan Dövlət Musiqili teatrında işlədiyi 40 ilə yaxın müddətdə 70-dən çox tamaşada müvəffəqiyyətlə çıxış edib.
Aktyor uzun sürən xəstəlikdən sonra 3 iyun 2006-cı ildə iyunun 74 yaşında Bakı şəhərində vəfat edib, Gəncə şəhərində dəfn olunub.