21 C
Gence
21 C
Gence

“İmmunlaşdırma həftəsi” ilə əlaqədar yığıncaq olub

Gəncədə hesabat yığıncağı keçirilib. Bu haqda 4 may tarixində Birləşmiş xəstəxanaya istinadən məlumat veririk.

Yığıncaq “İmmunlaşdırma həftəsi” ilə bağlı təşkil olunub. Gəncə Şəhər Birləşmiş Xəstəxanasında baş tutan tədbirdə qeyd olunub ki, TƏBİB-in təşkilati dəstəyi ilə həyata keçirilən immunlaşdırma həftəsində şəhərimizdə immunizasiyadan kənarda qalan 53 uşaq profilaktik peyvəndlərə cəlb edilib.

Bundan başqa İlkin Səhiyyə Xidmətinin Ailə Sağlamlıq Mərkəzləri tərəfindən valideynlərlə aparılan maarifləndirici söhbətlərin öz müsbət nəticəsini verdiyi diqqətə çatdırılıb.

Ən Çox Oxunan