14.1 C
Gence
11.5 C
Ganja

MKTİB tərəfindən iməcilik təşkil olunub

Gəncədə təmizlik aksiyası keçirilib. Bu haqda 20 noyabr tarixində MKTİB-yə istinadən məlumat veririk.

Gəncə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən şəhər ərazisində kompleks təmizlik işləri aparılıb. Qurumun Ərazi Xidmət Sahələri Beynəlxalq Avtovağzalın ətraf ərazilərində geniş iməcilik aksiyası təşkil ediblər.

Adıçəkilən ərazilər MKTİB-nin xüsusi texnikası və canlı qüvvəsi vasitəsilə məişət tullantılarından, alaq otlarından, xəzəldən və toz-torpaqdan təmizlənib. Buradakı müxtəlif tutumlu zibil qutularının ətrafında səliqə-sahman yaradılıb.

Həmçinin mövcud yaşıllıq zolaqlarına aqrotexniki qulluq göstərilib, suvarılması təmin edilib.

Ən Çox Oxunan