13.6 C
Gence
13.6 C
Gence

MKTİB-nin rəisi sakinlərlə görüşüb

Gəncədə vətəndaş qəbulu keçirilib. Bu haqda 17 noyabr tarixində Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə istinadən məlumat veririk.

MKTİB-nin rəisi Nurəhməd Əhmədov sakinlərlə görüşüb. Burada onların kommunal sahə ilə bağlı şikayət və təklifləri dinlənilib. Müraciətlər arasında işlə təminat, küçə işıqlandırılması, ödənişlərlə bağlı problem, dam örtüyünün yenilənməsi kimi məsələlər üstünlük təşkil edib.

Səsləndirilən şikayət və təkliflərin həll olunması istiqamətində qurumun müvafiq şöbələrinə tapşırıqlar verilib.

Ən Çox Oxunan