Gəncədə vətəndaş qəbulu keçirilib. Bu haqda 5 aprel tarixində Mənzil Kommunal İstehsalat Birliyinə istinadən məlumat veririk.
MKTİB-nin rəis müavini İlqar Əsədov sakinlərlə görüşüb. Burada kommunal sahə ilə bağlı şikayət və təkliflər dinlənilib. Müraciətlər arasında, əsasən, işlə təminat məsələsi üstünlük təşkil edib. Həmin vətəndaşlar adları tərtib edilmiş siyahıya əlavə olunaraq boş vakant yerlərin yaranacağı təqdirdə növbəli şəkildə çağırılacağı barədə məlumatlandırılıblar.
Şikayət və təkliflərin qanunvericiliyə uyğun həll olunması üçün qurumun müvafiq şöbələrinə tapşırıqlar verilib.