Gəncədə parklardakı skamyalar sakinlər tərəfindən yararsız hala salınır. Bu haqda 6 dekabr tarixində Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə istinadən məlumat veririk.
Belə hallardan biri Fikrət Əmirov adına parkda müşahidə olunub. Oturacaq hissəsində taxta parçalarından biri ortadan qırılıb.
MKTİB bu cür halların qarşısının alınması üçün müvafiq tədbirlər görüldüyünü və dövlət mülkünə ziyan vuran vətəndaşların qanuna uyğun olaraq inzibati qaydada məsuliyyətə cəlb ediləcəyini bildirib.