Gəncədə növbəti vətəndaş qəbulu keçirilib. Bu haqda 26 aprel tarixində Mənzil Kommunal İstehsalat Birliyinə istinadən məlumat veririk.
MKTİB-nin rəis müavini İlqar Əsədov sakinlərlə görüşüb. Burada kommunal sahə ilə bağlı şikayət və təkliflər dinlənilib. Müraciətlər arasında, əsasən, işlə təminat, ödənişlərlə bağlı problem, dam örtüyünün yenilənməsi, küçə işıqlandırılması, məişət tullantıları üçün nəzərdə tutulan konteynerlərin yerləşdirilməsi və s. məsələlər üstünlük təşkil edib.
Şikayət və təkliflərin qanunvericiliyə uyğun həll olunması üçün qurumun müvafiq şöbələrinə tapşırıqlar verilib.