19.7 C
Gence
18.5 C
Ganja

Şəmkir məktəbliləri şəhərimizin qonağı olublar

Şəmkir liseyinin şagirdləri Gəncəyə səfər ediblər. Bu haqda 3 mart tarixində GDU-ya istinadən məlumat veririk.

Şəmkir rayon Kimya-biologiya təmayüllü Respublika Liseyinin yuxarı sinif şagirdləri və müəllimləri Gəncə Dövlət Universitetində olublar. Universitetin Kimya-biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev ali təhsil ocağının maddi-texniki bazası, laboratoriyaları və auditoriyaları haqqında ətraflı məlumat verib.

Şagirdlər Qeyri-üzvi və analatik kimya, Kimya texnologiyaları laboratoriyası ilə yaxından tanış olublar və dərs proseslərində iştirak ediblər. Onlar laboratoriyalarda müxtəlif kimyəvi təcrübələrin nümayişini maraqla izləyiblər.

Sonda şagirdləri maraqlandıran suallara cavab verilib.