Gəncədə inklüziv təhsilin əhatə dairəsi genişləndirilir. Bu haqda məlumatı iyulun 28-i Azərtac-a istinadən veririk.
Təhsil naziri Emin Əmrullayev “İnklüziv təhsilin əhatə dairəsinin genişləndirilməsi barədə” əmr imzalayıb. Qərara əsasən, Gəncə şəhəri 8 nömrəli tam orta məktəbdə inklüziv siniflər təşkil ediləcək.
Sözügedən işlər “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə aparılır.
Qeyd edək ki, 2015-ci ildən başlayaraq Təhsil Nazirliyi tərəfindən ölkədə inklüziv təhsilin inkişafı istiqamətində pilot layihələr həyata keçirilir, qanunvericilik səviyyəsində islahatlar aparılır və müəllim hazırlığı üzrə proqramlar yenilənir.