16.4 C
Gence
16.4 C
Gence

Mirzə Şəfi Vazehin yaradıcılığına həsr olunan seminar baş tutub

Gəncədə elmi seminar keçirilib. Bu haqda 25 noyabr tarixində Gəncə Dövlət Universitetinə istinadən məlumat veririk.

Tədbir Mirzə Şəfi Vazehin yaradıcılığına həsr olunub. Burada Filologiya fakültəsinin dekanı Zakir Ələsgərov, Azərbaycan və Dünya ədəbiyyatı kafedrasının müdiri Maqbet Əhmədov, filologiya üzrə fəlsəfə doktoru Mətanət Mahmudova, Azərbaycan və Dünya ədəbiyyatı kafedrasının baş müəllimi Aygün Əhmədova, kafedranın müəllimi Vüsal İsgəndərov və tələbələr iştirak ediblər.

Tədbirdə məruzələr dinlənilib. Daha sonra şairin şeirləri səsləndirilib.

Ən Çox Oxunan