19 C
Gence
19 C
Gence

Minlərlə Gəncə sakini şəhidin anım günü münasibəti ilə toplaşıblar

Gəncə şəhər Şəhidlər xiyabanında minlərlə sakin anım günü münasibəti ilə toplaşıb. Bu haqda Gencexeber.az-ın müxbiri 28 oktyabr tarixində məlumat verib.

Tədbir zamanı Vətən uğrunda canından keçən şəhid Rauf Əsgərovun anası insanlara səslənərək ürək sözlərini deyib. Məktəblilər şeir deyərək ağbirçəyə dəstək olublar. Bir qrup sakin şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq Gəncə şəhidlərin rəsmlərini əks etdirən plakatlarla tədbirdə iştirak etmişdirlər.

Rauf Əsgərovun anasını tək qoymamaq üçün şəhər sakinləri bu gün səhər saatlarından xiyabana üz tutublar. Tədbirdə şəhidin yaxınları ilə yanaşı minlərlə sakin, Gəncə şəhər İcra Hakimiyyətinin və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Rauf Əsgərov 1978-ci il noyabrın 2-də Gəncədə anadan olub. Azərbaycan Ordusunun 42 yaşlı baş leytenantı Vətən müharibəsi zamanı ön cəbhəyə yollanmaq istəmişdir. Yaşı əsas götürülərək döyüş bölgələrinə yollanmasına icazə verilməmişdir. O, Qazax rayon hərbi komisarlığına müraciət etmişdir və oradan döyüşlərə qatılmışdır.

Rauf Əsgərov oktyabrın 26-da Füzuli döyüşləri zamanı əsgərini neytral zonadan təxliyə edən zaman şəhid olub. O, Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunub. Şəhid ailəli idi, onun Vətənə əmanət üç övladı qalıb.

Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Əsgərov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Qeyd edək ki, bu gün şəhid Samir Abdullayevin anım günü keçirilib. Daha öncə, onun atası İlham Abdullayev üçün yaradılan kiçik təsərrüfat haqda məlumat vermişdik.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

 

Ən Çox Oxunan