Gəncədə mini-futbol üzrə açıq şəhər çempionatı start götürüb. Bu haqda məlumatı 11 iyun tarixində Kəpəz.TV-yə istinadən veririk.
15 iyun – Milli Qurtuluş Gününə həsr olunan turnirin rəsmi açılışı Azərbaycan Texnologiya Universitetinin və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Texnologiya Universitetinin idman zalında baş tutub.
Açılışda rəsmi çıxışlardan sonra bədii hissədə rəqs qrupları öz bacarıqlarını göstərib, yeniyetmə müğənnilərin ifasında mahnılar səslənib, həmçinin ritm qrupu maraqlı musiqilər ilə açılış mərasiminə xoş ab-hava qatıblar.
Qeyd edək ki, mini-futbol çempioantı 3 gün davam edəcək. 10 komandanın mübarizə aparacağı birinciliyin final oyunu 15 iyunda baş tutacaq.