Mingəçevir Dövlət Universitetinin əməkdaşları Gəncədə terror qurbanlarının anım mərasiminə qatılıblar. Bu haqda 12 oktyabr tarixində universitetin rəsmi saytında məlumat paylaşılıb.
Ali Təhsil müəssisəsinin müəllimi, Vətən müharibəsi iştirakçısı Qaragöz Kərimov və əməkdaşı Ceyran Vəliyeva Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının fəallarından ibarət heyətlə birgə Gəncəyə səfərdə olublar. Onlar erməni terroru zamanı raket atəşinə məruz qalan əraziləri ziyarət ediblər. Həlak olan əhalinin xatirəsi anılıb və gül dəstələri qoyulub.