25.4 C
Gence
18.5 C
Ganja

Milli Musiqi Günü ilə əlaqədar ədəbi-bədii gecə keçirilib

Gəncədə ədəbi-bədii gecə təşkil olunub. Bu haqda 18 sentyabr tarixində Heydər Əliyev Mərkəzinə istinadən xəbər veririk.

Milli Musiqi Günü münasibətilə “Əsrlərin yadigarı milli musiqimiz” mövzusunda 16 nömrəli kitabxanada tədbir keçirilib. Burada 3 nömrəli Peşə liseyinin və 42 nömrəli tam orta məktəbin müəllim, tələbə və şagirdləri iştirak ediblər. 

1995-ci ildən etibarən – dahi bəstəkarın anadan olmasının110 illik yubileyi ərəfəsində ümummilli lider Heydər Əliyevin Fərmanı ilə 18 sentyabr Milli Musiqi Günü kimi qeyd olunur. 

Ədəbi-bədii gecədə Üzeyir Hacıbəylinin yaradıcılığından və yaratdığı musiqi incilərindən bəhs edilib. Həmçinin gənclər onun “Arşın mal alan”, “O, olmasın bu olsun” operettalarından səhnələri, “Sevgili canan” romansını, “Çırpınırdı Qara dəniz” mahnısını, “Uzundərə” xalq rəqsini və sazda “Darçını” rəqsini ifa ediblər.