19.7 C
Gence
19.7 C
Gence

Millət vəkili və digər şəxslər şəhidlərin məzarlarını ziyarət ediblər

Gəncədə bir sıra rəsmilər Şəhidlər xiyabanına baş çəkiblər. Bu haqda 26 may tarixində YAP Gəncə şəhər Təşkilatına istinadən məlumat veririk.

Milli Məclisin deputatı Müşfiq Cəfərov, YAP-nin Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov və YAP Gəncə şəhər təşkilatının əməkdaşları Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər. Qəbirlərin üstünə güllər qoyulub. Onlar qəhrəmanları yad edərək, ehtiramlarını bildiriblər.

Şəhidlərin ailə üzvləri ilə görüşərkən qeyd olunub ki, Qarabağın işğaldan azad olunmasında canlarını fəda etmiş şəhidlərimizin ruhları qarşısında baş əyir, ailələrinə səbir diləyirlər.

Ən Çox Oxunan