16.4 C
Gence
16.4 C
Gence

Millət vəkili qatarda ayaqyolunun işləməməsinə görə narazılıq bildirib

Gəncənin millət vəkili Bakı-Gəncə-Bakı sürət qatarından narazı qalıb. Bu haqda 14 noyabr tarixində Azərforum-a istinadən məlumat veririk.

Müşfiq Cəfərov bildirib ki, qatarın biznes-sinifində ayaqyolu işləmirdi. “Yol boyunca ekonom vaqonlara getməli olursan. Orada da çox böyük növbə olur. Qatarda çalışan bələdçilər isə biznes-sinif vaqonda suyun olmadığını bəhanə gətirirlər”, – deyə millət vəkili qeyd edib.

Cəfərovun sözlərinə görə, əhali gedişhaqqı üçün müəyyən vəsait ödəyir. Onlara lazım olan şəraiti yaratmaq cavabdeh təşkilatın borcudur.

 

Ən Çox Oxunan