Gəncədə həkim ödənişsiz müayinə aparacaq. Bu haqda 27 aprel tarixində Gəncə Memorial Hospitalına istinadən məlumat veririk.
Ortoped-travmatoloq Azər İlyasov Memorial Hospitalda pasiyentləri pulsuz qəbul edəcək. Aksiya 2 may tarixində keçiriləcək.
Həkim tərəfindən göstərilən xidmətlər aşağıdakılardır:
- Oynaq ağrıları (diz ,bud-çanaq, çiyin, bilək və s.);
- Əldə və ayaqda keyimə şikayətləri, sinir sıxışmaları;
- Əldə və ayaqda gücsüzlük;
- Boyun, bel ağrıları və s.;
- Uşaqlarda yerimə şikayəti, oynaqlarda ağrı, və s.
Müayinəyə öncədən yazılmaq vacibdir. Bunun üçün qeyd edilən nömrələr vasitəsilə əlaqə saxlamaq olar:
- (022) 428 97 97;
- (070) 628 97 97;
- (070) 528 97 97 (WhatsApp).
Klinika Şah İsmayıl Xətai prospekti, 550 ünvanında, “Dan Ulduzu” şadlıq sarayının yanında yerləşir.