Gəncədə tibbi aksiya keçiriləcək. Bu haqda 10 aprel tarixində “Medicom Orthopedy”yə istinadən məlumat veririk.
“Medicom” ortez-protez mərkəzinin əməkdaşları 15 aprel tarixində Avropa Bərpa Mərkəzində olacaqlar. Komanda burada sakinləri ödənişsiz müayinə edəcək. Aksiyada saat 10:00-dan 13:00-dək təhvil, 13:00-dan 17:00-dək isə müayinə keçiriləcək. Müayinə növləri:
- Skolioz;
- Kifoz;
- Yastıpəncəlik;
- Döş qəfəsinin müayinəsi.
Əlavə məlumat əldə etmək istəyənlər (055) 217 66 39, (055) 327 17 94 və (055) 409 36 63 nömrələri ilə əlaqə saxlaya bilərlər.