15.3 C
Gence
11.5 C
Ganja

Media subyektlərinin nümayəndələri bir araya gəliblər

Gəncədə media nümayəndələri ilə görüş keçirilib. Bu haqda 8 noyabr tarixində Apa-ya istinadən məlumat veririk.

Bölgədə fəaliyyət göstərən media nümayəndələri “Regional Medianın İnkişafı” layihəsi çərçivəsində müzakirələrin aparılması məqsədilə  toplanıblar. Burada, həmçinin Audiovizual Şura və Mətbuat Şurası da təmsil olunub.

Görüşün məqsədi regional medianın inkişafının stimullaşdırılması və onun dayanıqlı inkişaf mexanizminin formalaşdırılması, bölgələrdə fəaliyyət göstərən media nümayəndələri üçün müzakirə platformasının yaradılması, müəyyən edilən istiqamətlər əsasında diskussiyaların təşkili və diaqnostik icmalın hazırlanması, həssas istifadəçi qrupu hesab edilən region gəncləri üçün məlumatlılıq səviyyəsinin yüksəldilməsinə yönələn “Media savadlılığı” təliminin keçirilməsidir.

Burada bir sıra rəsmilər çıxış ediblər. Daha sonra Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədlinin moderatorluğu ilə region mediasına dair diaqnostik icmalın hazırlanması üçün mövcud media ekosisteminin xüsusiyyətlərinin və cari ehtiyacların müəyyənləşdirilməsi məqsədilə müxtəlif istiqamətlər üzrə müzakirələr aparılıb.

Layihə çərçivəsində Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova və Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Vəfa İsgəndərova tərəfindən 60-a yaxın region gəncinin iştirakı ilə “Media savadlılığı” mövzusunda təlim keçirilib.

Ən Çox Oxunan