25.5 C
Gence
17.5 C
Ganja

“McDonald’s Azərbaycan” şirkəti tərəfindən xeyriyyə aksiyası təşkil edilib

“McDonald’s Azərbaycan” şirkəti Gəncədə xeyriyyə aksiyası keçirib. Bu haqda iyunun 1-i Marja-ya istinadən xəbər veririk.

Tədbir 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil edilib. Vətən müharibəsi zamanı erməni terrorundan zərər görmüş 6-15 yaşlı 50-dən çox uşaq “McDonald’s” restoranına dəvət olunub. Onlar üçün əyləncəli proqram təşkil edilib, dadlı təamlardan ibarət süfrə açılıb.

Aksiya çərçivəsində “McDonald’s Azərbaycan” CARE GROUP şirkəti ilə birgə “Gənc yazarlar” adlı yeni layihəyə start verib. Tədbirə dəvət olunmuş uşaqlar sözügedən layihənin əsas iştirakçılarına çevriliblər.

Adıçəkilən şirkətin rəhbəri və baş psixoloqu Elnarə Şahbazzadənin dəstəyi ilə “Art-terapiya” və “Koqnitiv davranış terapiyası” üsulları üzrə psixoloji təlimlər keçiriləcək. Bu münasibətlə layihə iştirakçılarına gənc yazar dəsti paylanılıb.