12.5 C
Gence
10.5 C
Ganja

Mayılağalılar nəslindən olan şəxs Gəncə ilə bağlı tarixi fotoları, sənədləri və eksponatları yığır

Gəncəli şəxs tarixi fotolar və sənədlər toplayır. Bu haqda 7 fevral tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.

Əslən Gəncədən olan araşdırmaçı Elçin Əsgərov hələ orta məktəbdə oxuyarkən Gəncəyə aid tarixi fotoları, sənədləri eləcə də digər eksponatları toplamağa başlayır. Buna həvəs onun ulu baba və nənəsinin Gəncə bəylərinə məxsus Mayılağalılar nəslindən olmasıdır. Onu tanıyanlar, qohum-əqrəba da bu işdə köməklik edir. O, topladığı nadir eksponatların sayını və əhatə dairəsini daha da genişləndirir. Gəncədə yaşayıb burada ömür sürmüş digər bəylər, soylar, ictimai xadimlərə aid eksponatları da yığmağa başlayır.

Bundan başqa, araşdırmaçıda Gəncənin qədim bazar yeri, məhəllələri, məscidləri, tarixi yerlərini özündə əks etdirən, heç bir yerdə olmayan fotolar da var. Hətta bunların bəziləri xarici ölkələrin arxivlərindən əldə edilib.

Bəzi tarixi eksponatlar 19-cu əsrin əvvəllərindən 20-ci əsrin repressiya dövrünə kimi olan illəri əhatə edir. Bu sənədlərin itib-batmaması üçün araşdırmaçı təxminən 100-ə yaxın sənədi və fotonu arxiv idarəsinə təqdim edib.

Araşdırmaçının fondunda Gəncəbasara aid 500 qədim sənəd və 400-ə yaxın nadir foto toplanıb. Elçin Əsgərov yığdığı bu eksponatlardan ibarət kitabın üzərində işləyir. Onun məqsədi Gəncənin zəngin tarixi haqqında yazıb, gələcək nəsillərə ötürməkdir.

Ən Çox Oxunan