Gəncədə İmamzadə dini kompleksində təmir işi gedir.
Əldə etdiyimiz məlumata görə, hidrofor və su kranları yenilənir. Önümüzdəki 3-4 gün ərzində işlərin tamamlanması planlaşdırılır.
Hazırda orada dəstəmazxana müvəqqəti olaraq təmir işləri ilə bağlı qapalıdır.
Əlavə olaraq bir neçə gündür ki, elektrik enerjisinin fasiləli verilməsi də su təchizatını çətinləşdirib.