21 C
Gence
21 C
Gence

“Maliyyə resurslarına giriş” mövzusunda təlim baş tutacaq

Gəncədə sahibkarlar üçün növbəti təlim keçiriləcək. Bu haqda 15 may tarixində Gəncə KOB İnkişaf Mərkəzinə istinadən məlumat veririk.

“Maliyyə resurslarına giriş” mövzusunda maarifləndirici təlim KOBİM tərəfindən 16 may saat 10:30-da təşkil olunacaq. Tədbirdə iştirak ödənişsizdir. Təlim zamanı təlimçi İsa Şəfiyev aşağıdakı mövzulardan danışacaq:

  • Maliyyənin önəmi;
  • Gəlir-xərclərin idarə edilməsi;
  • İmkanlar və güzəştlər;
  • Təşkilat, strategiya və innovasiya məsələlərinin reallaşması zamanı yaranan maliyyə münasibətləri;
  • İstehsal, ticarət, xidmət, ictimai əhəmiyyətli və maliyyə uçotunun necə istifadə edilməsi qaydaları;
  • Mövcud maliyyə resursları və onlara çıxış.

İştirak etmək üçün (055) 213 11 24 nömrəsi ilə əlaqə saxlaya və ya [email protected] elektron poçt ünvanına müraciət etmək lazımdır.

Ən Çox Oxunan