14.3 C
Gence
14.3 C
Gence

Macarıstan diplomatı Gəncədə iki universiteti ziyarət edib

Macarıstanın Azərbaycandakı səfirinin mədəniyyət və təhsil üzrə diplomatı 14 oktyabr tarixində professor-müəllim heyəti ilə Gəncəyə səfər edib.

Səfər zamanı onlar Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) və Gəncə Dövlət Universitetində olublar. ADAU-nin rektoru İbrahim Cəfərov bildirib ki, Azərbaycanda yeganə aqrar təhsil verən ali təhsil müəssisəsi kimi Macarıstan universitetləri ilə sıx əlaqədədirlər. Qonaqlara universitet haqda məlumat verilib. Diplomat Mihay Qruber əməkdaşlıq imkanlarını daha da inkişaf etdirəcəklərini bildirib.

Daha sonra, Macarıstanın Szeged Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Saziş gələcəkdə təhsil proqramlarının inkişaf etdirilməsi, akademik məlumatların və materialların, həmçinin qarşılıqlı tələbə-müəllim mübadiləsi məqsədi ilə bağlanılıb.

Bundan başqa heyət Gəncə Dövlət Universitetində olub. İlk öncə yeni istifadəyə verilmiş yataqxana kompleksi ziyarət olunub. Daha sonra dəyirmi masa arxasında görüş keçirilib. Rektor Yusif Yusibov universitet və onun fəaliyyət istiqamətləri haqqında məlumat verib. Macarıstanın Azərbaycandakı səfirliyinin ikinci katibi Mihay Qruber çıxış edərək səmimi və qonaqpərvərliklə qarşılandıqları üçün minnətdarlığını bildirib.

Görüşün sonunda həm Macarısatan, həm də Gəncə Dövlət Universiteti adından xatirə hədiyyələri bağışlanıb, xatirə şəkli çəkdirilib.

Ən Çox Oxunan