19.7 C
Gence
19.7 C
Gence

Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin görüşü olub

Gəncədə məşğulluqla bağlı növbəti iclas keçirilib. Bu haqda 8 aprel tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.

İclasda İH başçısının müavini Adil Tağıyev, DİİXİHİ Gəncə Şəhər Komitəsinin, Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Məşğulluq filialının, Dövlət Sosial Müdafiə Fondunun Gəncə-Daşkəsən Regional filialının, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə-Daşkəsən Regional şöbəsinin, şəhər Statistika İdarəsinin və Gəncə Uşaq Evinin rəhbər və nümayəndələri iştirak ediblər.

Burada cari il üçün iş planına uyğun əsas fəaliyyət istiqamətləri, əldə olunmuş nailliyyətlər və problemlər, Dövlət Məşğulluq Agentliyinin icra etdiyi mövcud layihələr müzakirə olunub. Bildirilib ki, qeyri-formal məşğulluğun qarşısının alınması üçün işəgötürənlərin və işaxtaranların maarifləndirilməsində qurumların birgə fəaliyyətinə ehtiyac var.

İclasda dövlət uşaq müəssisələrinin məzunları və əlilliyi olan gənclər üçün məşğulluğun təmin edilməsi sahəsində mövcud çətinliklər və imkanlar haqqında müzakirələr aparılıb.

Ən Çox Oxunan