18.6 C
Gence
18.6 C
Gence

“Müstəqil Azərbaycanın Memarı” adlı yürüş təşkil olunub

Gəncədə Heydər Əliyevin yubileyi ilə bağlı tədbir baş tutub. Bu haqda 10 may tarixində Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.

Şəhər 7 nömrəli tam orta məktəbdə Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar “Müstəqil Azərbaycanın Memarı” adlı yürüş və tədbir keçirilib. Burada Regional Təhsil İdarəsinin əməkdaşları, Samux rayon Heydər Əliyev Mərkəzi və Nizami Gəncəvi Mərkəzinin nümayəndələri, müəllim, şagird və valideynlər iştirak ediblər.

Tədbirdə şagirdlər Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, vətənpərvərlik mövzusunda mahnılar səsləndiriblər.

Ən Çox Oxunan