19.7 C
Gence
18.5 C
Ganja

Mərkəzi Univermağın yanındakı qaranlıq keçid

Gəncədə yeraltı keçid işıqlandırılmır. Bu haqda Gencexeber.az-a 29 mart tarixində məlumat daxil olub.

Sözügedən hal şəhərin Nizami və Heydər Əliyev prospektlərinin kəsişməsində Mərkəzi Univermağın yanında yerləşən keçiddə müşahidə olunur. Sakinlərin sözlərinə görə axşam saatlarında burada işıq yanmır. “Hava qaralandan sonra keçiddən keçməyə qorxuruq. İçəri zülmət qaranlıq olur. Bu keçidin artıq xeyli vaxtdır ki, işıqlandırılması yoxdur”,- deyə onlar bildirirlər.

Foto Gencexeber.az
Foto Gencexeber.az