15.3 C
Gence
12.5 C
Ganja

Mərkəzi ərazilərin birində içməli su problemi aradan qaldırılır

Gəncənin mərkəzində Azərsu ASC-in əməkdaşları içməli su xətti çəkirlər.

İşlər Atatürk prospektində yerləşən mərkəzi univermaqın yanında aparılır. Əməkdaşlar su borusunu yerin altına salır. Aparılan işlərin nəticəsində sakinlər içməli su ilə təmin olunacaqlar.

Əldə etdiyimiz məlumata əsasən, həmin ərazidə “qara” su istifadə edilir. O sudan, sadəcə məişət işlərində istifadə olunur. “Qara suyu içəndən sonra, mədə boşluğu və böyrəklərdə ağırlıq hiss olunur” – deyə sakinin biri bildirib.

Qeyd edək ki, sakinlər içməli suyu maşınlarla sifariş edirlər.

Bundan öncə, 1 sentyabr tarixində Üzeyir Hacıbəyli və onunla kəsişmədə olan küçələrində  yeni içməli su xəttinin çəkilməsi haqqında xəbər vermişdik.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan