21.4 C
Gence
21.4 C
Gence

“Məndə sığar iki cahan…” adlı müsabiqəyə start verilir

Gəncəlilərin də iştirak edə biləcəyi rəsm müsabiqəsi elan olunur. Bu haqda Gəncə Dövlət Universiteti 6 dekabr tarixində məlumat paylaşıb.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən, MDB iştirakçı dövlətlərinin gənc rəssamları arasında təşkil olunan internet müsabiqə “Məndə sığar iki cahan…” adlanır. Konkursa maliyyə dəstəyi Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu verir.

İştirakçılar aşağıda qeyd olunanları [email protected] elektron ünvanına göndərməlidirlər:

  • işin jpeg formatında fotosu (mak. ölçü 5 Mb);
  • iştirakçının doldurulmuş anketi;
  • şəxsiyyət vəsiqəsinin skan edilmiş surəti.

Müsabiqəyə qatılmaq istəyən gəncəlilər onlayn qeydiyyatdan keçə bilərlər.

Nəticələr münsiflər heyəti tərəfindən səsvermə bitdikdən sonra elan ediləcək. Ətraflı məlumat üçün qeyd olunan link vasitəsi ilə sayta daxil olmaq olar.

Ən Çox Oxunan