15.3 C
Gence
12.5 C
Ganja

Müəllimlərdən ibarət heyət İstanbulda layihədə iştirak edib

Gəncəni təmsil edən heyət Türkiyəyə yollanıb. Bu haqda 11 noyabr tarixində Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.

Yeddi nəfərdən ibarət müəllim heyəti “Özel eğitim uyğulamaları” mövzusunda 5 günlük təlimdə iştirak etmək üçün Türkiyənin İstanbul şəhərinə səfər edib. Qonaqlar burada İstanbul İl Milli Eğitim Müdürü Murat Mücahit Yentür müəllim heyəti ilə görüşüblər. Onlara hədiyyə təqdim edilib.

Təmsilçilərimiz növbəti günlərdə İstanbul Rəhbərlik Araşdırma Mərkezində, Beşiktaş Saadet Özel Eğitim Meslek okulunda, Kadıköy Sevgi Özel Eğitim Anaokulunda və Mediha Turhan Tansel özel eğitim uygulama okulunda olublar. Müəllimlər məktəblərdə xüsusi təhsilin fərqli qaydalarını əyani olaraq izləyib, sağlamlıq imkanları məhdud, əqli cəhətdən geriliyi olan uşaqların təlim-tərbiyəsi ilə əlaqədar beynəlxalq təcrübəyə əsaslanaraq, Türkiyə özəl eğitim məktəblərində təkmilləşmə, ixtisaslaşma və təcrübə mübadiləsi keçiblər.

Müəllimlər üçün təlim Özel Eğitim üzrə uzman Seda Karakaşoğlu və Özel Eğitim Öğretmeni Murat Elci tərəfindən aparılıb.

Ən Çox Oxunan