14.7 C
Gence
14.7 C
Gence

Müəllimlərə sertifikatlar təqdim olunur

Gəncədə təhsilverənlərin sertifikatlaşdırılması prosesində uğur əldə edən müəllimlərə sertifikatlar təqdim olunur. Bu haqda 24 noyabr tarixində Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.

Proses 1 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində aparılır. Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev və ASAN xidmət” Mərkəzinin direktoru Turqud Mustafazadə dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesində iştirak edərək test və müsahibə mərhələsində uğur qazanan müəllimlərə sertifikatları təqdim edirlər. Təltifetmə mərhələli şəkildə aparılır.

Bildirilib ki, müvafiq sertifikatların verilməsi “ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək.

Ən Çox Oxunan